Telman İsmayılovun milyonları Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçdi

Telman İsmayılovun milyonları  Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçdi
İqtisadiyyat 1822

 

İş adamı Telman İsmayılova məxsus olan bəzi aktivlər Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib.

BAKU.WS-in APA-ya istinadla vedriyi məlumata görə, 2010-2011-ci illərdə biznesmen Serqey Yançukova məxsus "Sezaria" şirkəti T. İsmayılovun "Tandum" offşor şirkətinə 100 mln. dollar həcmində kredit ayırıb. Kredit 2013-cü ilədək verilib.

"Çox keçmir ki, İsmayılov kreditlərə xidməti dayandırır. Bundan sonra, 2014-cü ildə "Sezaria"nın şikayəti əsasında Nikosiya (Kipr) məhkəməsi İsmayılova məxsus 134 milyon dollarlıq aktivləri dondurub", - deyə KİV yazır.

"Kommersant" bildirir ki, məhkəmənin qərarı ilə dondurulmuş aktivlər sırasında Türkiyədə yerləşən "Mardan Palace" oteli, T. İsmayılovun Fransadakı baş evi, Moskvada yerləşən "Safisa" şadlıq evi, "AST Qof" oteli və Moskva nəşriyyat evi var. Qəzet yazır ki, aktivlərin bir hissəsinə digər kreditorlar da iddia edib. Məsələn, "AST Qof" oteli və Nikitsk bulvarında yerləşən mehmanxana kompleksinin layihəsi Azərbaycan Beynəlxalq Bankının nəzarətinə keçib.

Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti olan "ABB-Moskva"nın Strateji inkişaf idarəsinin rəisi Leonid Mileyev "Vedomosti" qəzetinə bildirib ki, "bankın "AST Qrup"la heç bir kommersiya əlaqəsi olmayıb" və informasiya əldə etmək üçün Azərbaycan Beynəlxalq Bankının baş ofisinə müraciət etməyi tövsiyə edib.

Azərbaycan Beynəlxalq Bankı "Vedomosti" qəzetinin müvafiq sorğusuna cavab verməyib. "Maraqlıdır ki, biznesmenin Nikitsk bulvarındakı layihəsinin sifarişçisi Azərbaycan Beynəlxalq Bankına yaxın olan "Forstrat qlobal" şirkəti olub. Bu barədə Moskvanın Memarlıq Şurasının təqdim etdiyi sənədlərdə qeyd edilib.

BAKU.WS

Oxşar xəbərlər

Telman İsmayılovun Rusiyadakı əmlakları dəyər-dəyməzinə satılır

Telman İsmayılovun Rusiyadakı əmlakları dəyər-dəyməzinə satılır

Azərbaycanlı milyarder Telman İsmayılovla bağlı daha bir maraqlı məlumat yayılıb. BAKU.WS-in məlumatına görə, VTB qrupu AST holdinqin girov aktivlərini cəmi 3...

1296 İqtisadiyyat 15:42 16 oktyabr 2015

Son xəbərlər