Səudiyyə kralı azərbaycanlı milyarderin otelini bağlatdırır (FOTO)

Səudiyyə kralı azərbaycanlı milyarderin otelini bağlatdırır (FOTO)
Şou-biznes 3739
  

Antaliyanın ev sahibliyi edəcəyi G-20 sammitində iştirak edəcək Səudiyyə Ərəbistanı kralı Salman və 1000 nəfərlik heyəti "Dünyanın Ən Lüks Oteli" ünvanına sahib "Mardan Palace"da qalacaq.

BAKU.WS-in məlumatına görə, azərbaycanlı iş adamı Telman İsmayılova məxsus oteldə 546 saray otağı bron edən kral özü isə gecəsi 15 min avroya olan "Royal Suit Villa"'da qalacaq.

Antaliyada 15-16 noyabr tarixlərində keçiriləcək G-20 sammitində iştirak üçün Türkiyə gələcək kral və ailəsinə oteldə dünya mətbəxlərindən ibarət yeməklər hazırlanacaq. Bununla yanaşı, 7500 kvadrat metrlik SPA mərkəzi də kral ailəsinə əlavə xidmət göstərəcək. Üç günlük oteli bağlayan Səudiyyə nümayəndə heyəti bu müddəti artıra da bilər.

Kral oteldə yalnız səhər yeməyinə görə pul ödəməyəcək. Digər bütün xidmətlərə görə kral əlavə ödəmə edəcək. Səudiyyə kralı Salmanın qalacağı villada Qız Qalası mənzərəsi da var. 

Səudiyyə heyəti üçün gecəsi minimum 800 avrodan başlayan və 15 min avroya qədər yüksələn 546 saray otağı kralın zövqünə uyğun olaraq hazırlanıb. Kral ailəsinə xüsusi mütəxəssislər xidmət göstərəcək. Otel rəhbərliyindən bildirilir ki, Səudiyyə nümayəndə heyətinin otelə ayaq basdığı andan etibarən bütün nöqtələrdə qırmızı xalça salınacaq. "Mardan Palace"da yüksək təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılır. 

ŞAHİN Həbibov

BAKU.WS 

Oxşar xəbərlər

Son xəbərlər