Telman İsmayılov müflis elan olunur

Telman İsmayılov müflis elan olunur
İqtisadiyyat 2156

Azərbaycanlı iş adamı, "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verilib.

BAKU.WS-in məlumatına görə, bu barədə qərar Rusiyada "Fiziki şəxslərin müflisləşməsi haqqında" qanun qüvvəyə mindikdən sonra verilib. Belə ki, AST şirkətlər qrupunun təsisçisi götürdüyü kreditləri ödəməkdə çətinlik çəkir.

Türkiyədə "Mardan Palace" və Moskvada bir çox mülklə malik olan biznesmen borclarını ödəyə bilmədiyi üçün "Moskva Bankı" ona 286 milyon dolları ödətdirmək üçün son addımı atıb. 

Moskva Bankının nümayəndələri 1 oktyabr tarixində Moskva Arbitraj Məhkəməsinə Telman İsmayılovun qanuna uyğun olaraq bu gündən müflis olduğunu göstərən ərizə verilib.

Ərizədə göstərilib ki, T.İsmayılov "Ruslayn 2000" MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan edilməsi tələb olunur. 

AST şirkətlər qrupunun rəhbəri kreditlərə görə bütün cərimələrlə və gecikdirilmiş faizlərlə birlikdə ümumilikdə 286 milyon 412 min dollar ödəməlidir. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Prezident bu qanuna etiraz edərək geri qaytardı

Prezident bu qanuna etiraz edərək geri qaytardı

Azərbaycan Milli Məclisi tərəfindən qəbul olunan "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanunu prezident İlham Əliyev yenidən parlamentə qayta...

3032 Siyasət 16:56 21 sentyabr 2015

Son xəbərlər