Telman İsmayılov haqqında 213 milyonluq şok qərar

Telman İsmayılov haqqında 213 milyonluq şok qərar
İqtisadiyyat 2748
 

Moskvanın Arbitraj Məhkəməsi azərbaycanlı milyarderin borc qalmalı ilə bağlı qərar verib.

 

BAKU.WS-in məlumatına görə, məhkəmənin qərarına əsasən VTB qrupuna daxil olan "Moskvanın Bankı"nın iddiası üzrə "KBF AST" MMC-nin təxminən 213 milyon dollar ödəməli olacaq.  

"Çerkizov" bazarının sabiq sahibi Telman İsmayılovun AST şirkəti sözügedən məbləği verməyə məcbur olacaq. 

Qeyd edək ki, azərbaycanlı iş adamı, "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verilmişdi. Bu barədə qərar Rusiyada "Fiziki şəxslərin müflisləşməsi haqqında" qanun qüvvəyə mindikdən sonra verilib. Belə ki, AST şirkətlər qrupunun təsisçisi götürdüyü kreditləri ödəməkdə çətinlik çəkir.

Türkiyədə "Mardan Palace" və Moskvada bir çox mülklə malik olan biznesmen borclarını ödəyə bilmədiyi üçün "Moskva Bankı" ona 286 milyon dolları ödətdirmək üçün son addımı atıb. 

Moskva Bankının nümayəndələri 1 oktyabr tarixində Moskva Arbitraj Məhkəməsinə Telman İsmayılovun qanuna uyğun olaraq bu gündən müflis olduğunu göstərən ərizə verilib.

Ərizədə göstərilib ki, T.İsmayılov "Ruslayn 2000" MMC və Tropicano Finance B.V. şirkətlərinin müqavilə ilə müəyyən edilmiş müddətdə 230 mln. dolları qaytaracaqlarına verdiyi zaminliklə əlaqədar müflisləşmiş elan edilməsi tələb olunur. 

AST şirkətlər qrupunun rəhbəri kreditlərə görə bütün cərimələrlə və gecikdirilmiş faizlərlə birlikdə ümumilikdə 286 milyon 412 min dollar ödəməlidir. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Telman İsmayılov müflis elan olunur

Telman İsmayılov müflis elan olunur

Azərbaycanlı iş adamı, "Çerkizov" bazarının keçmiş sahibi Telman İsmayılovun müflisləşməsi haqqında ərizə verilib. BAKU.WS-in məlumatına görə, bu barədə qərar...

2156 İqtisadiyyat 10:30 05 oktyabr 2015

Son xəbərlər