Telman İsmayılovun əlindən alınan məşhur otel yenidən satışa çıxarıldı
"Halkbank" azərbaycanlı milyarder Telman İsmayılovun əlindən aldığı "Mardan Palace" otelini satacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyə baş nazirin müavini Mehmet Şimşək söyləyib. Telman İslamov tərəfindən inşa edilən və görkəmli bir mərasimlə istifadəyə verilən dünyaca məşhur "Mardan Palace" otelinin yenidən satılması dəqiqləşib. Mehmet Şimşək kreditlərin ödənilməsi üçün otelin satılacağının vacib olduğunu bildirib.
Ötən ilin noyabr ayında satışa çıxarılan və "Halkbank" tərəfindən 360 milyon 50 min lirəyə alınan "Mardan Palace" otelin tender nəticəsinin ləğvi üçün "AST İnşaat" tərəfindən iddia açılıb.
Türkiyə Böyük Millətlər Məclisində müzakirə olunan lüks otelin vəziyyəti ilə bağlı Cümhuriyyət Xalq Partiyası (CHP) Adana millət vəkili Elif Doğan Türkmen tərəfindən hökumətə sorğu göndərilib. Sorğunu cavablandıran Şimşək otelin zərərdə olduğunu söyləyib: "Otel yaxşı işlədilmədiyi üçün ziyandadır. "Mardan Palace"ın "Halkbank"ın əli ilə fəaliyyət göstərməsi doğru deyil. Bu səbəblə də otel satılacaq və Telman İsmayılovun banka olan borcları ödənəcək".
Xatırladaq ki, möhtəşəm otelin inşaasında 10 min kvadrat metr qızıl, 500 min kristaldan istifadə edilib. "Mardan Palace" İstanbulun tarixi binalarından ilhamlanaraq tikilib. 23 may 2009-cu ildə istifadəyə verilib. Otelin açılışına dünya ulduzları qatılıblar.
1200 nəfərə xidmət edən oteldə 11 restoran, 11 kafe bar, 1200 nəfərlik bal salonu var. Otelin açılış mərasiminə Paris Hilton, Monika Bellluci, Merak Kerri, Mel Gibson kimi ulduzlar da qatılıb.
Otelin adı bundan öncə də borc qalmaqalında hallanıb və hərraca çıxarılacağı xəbərləri yayılıb. Lakin AST Telman 100 milyonluq borcu ödəcəyini bildirirək satışı dayandıra bilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Telman İsmayılov müflis elan edildi
Moskva Arbitraj Məhkəməsi Telman İsmayılovun müflis olduğunu təsdiqləyib. BAKU.WS-in məlumatına görə, bu barədə RBK agentliyi informasiya yayıb. Verilən məluma...