Reyhan Camalova cihazının iş prinsipini göstərdi – VİDEO

Reyhan Camalova cihazının iş prinsipini göstərdi – VİDEO
Video
Video 3152
Gənc azərbaycanlı Reyhan Camalovanın yağış suyundan enerji əldə edən qurğusu bəşəriyyət üçün önəmli kəşflərdən biri hesab olunur. BAKU.WS-in məlumatına görə, ixtirası ilə Azərbaycanı qürurlandıran Reyhan cihazının iş prinsipini əyani olaraq Xəzər TV-yə bölüşüb. Əvvəlcə yağış suyu xüsusi çənə toplanır. Daha sonra pərlər vasitəsilə fırladılaraq enerji alınır. Bununla da kiçik lampalar işıqlandırılır. İlkin model vasitəsilə qısa müddət ərzində lampaları işıqlandırmaq mümkündür. Qurğunun prototipi hazırda 22 vatt enerji istehsal edir. Reyhan Camalova deyir ki, hazırda bu enerjini çoxaltmağın üzərində işləyir. Beynəlxalq forumda layihə xarici investorların diqqətini cəlb edib. Qurğunun tam işə düşməsi üçün müəyyən qədər vəsait tələb edilir. Test rejimində yoxlanacaq cihazın ölçüləri də böyük olacaq Reyhan Camalova yeni qurğunun sinif yoldaşı Zəhra Qasımzadə ilə birgə hazırlayıb. Alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı indiki dönəmdə “Reynerci” qurğusunun tam gücü ilə işə salınması olduqca real görünür. BAKU.WS

Son xəbərlər