Əgər qulağınız ağrıyırsa... - ŞOK İDDİA (VİDEO)

Əgər qulağınız ağrıyırsa... - ŞOK İDDİA (VİDEO)
Video
Video 2045
Qulaqda yaranan cingiltili səslər zəlzələnin olacağından xəbər verir. Belə bir iddia ilə Şəmkir rayon sakini Elman Mustafayev çıxış edib.Xezerxeber.az-ın məlumatına görə, o, zəlzələnin 1 həftə öncədən baş verəcəyini qulağına gələn cingiltili səslərdən bilir. Elman Mustafayev iddia edir ki, 30 il ərzində apardığı araşdırma zamanı belə qənaətə gəlib ki, zəlzələ baş verməzdən 5-7 gün əvvəl insan qulağında cingiltili səslər əmələ gəlir. Buna səbəb kimi, zəlzələ ocaqlarından yayılan elektromaqnit dalğalarının yayılmasını göstərir. Elman Mustafayevin sözlərinə görə, zəlzələnin hansı ölkədə və nə gücdə baş verdiyini dəqiq bilmək mümkündür. Bunun üçün isə onun bir neçə təklifi var. Bu məsələyə münasibət bildirən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirir ki, belə iddianın heç bir elmi əsası yoxdur. Onun sözlərinə görə, Azərbaycanda zəlzələ ocaqlarında 35 stansiya, gözləmə rejimində isə 12 stansiya var. Bu stansiyalarda geomaqnit dalağalarını ölçmək üçün Amerikan tipli maqnetometrlər də quraşdırlıb. Mütəxəssis bildirir ki, bu cür iddialarla quruma müraciət edənlər də çox olur. Ancaq araşdırma zamanı bu iddiaların heç birinin elmi əsasının olmadığı ortaya çıxır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: BAKU.WS

Son xəbərlər