Azərbaycanda 5 bal gücündə zəlzələ oldu (YENİLƏNİB)

Azərbaycanda 5 bal gücündə zəlzələ oldu (YENİLƏNİB)
Hadisə 7879
AMEA-nın Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.Mərkəzdən BAKU.WSbildirilib ki, Azərbaycanın Ağdam rayonu ərazisində zəlzələ olub:"İlkin məlumatlara əsasən, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 4.7, dərinlik 25 km olub".***17:45Azərbaycanda növbəti dəfə zəlzələ olub.BAKU.WS-in məlumatına görə, "Report"un bölgə müxbirləri xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı "Report"a açıqlamasında bildirib ki, Azərbaycandakı zəlzələnin gücü 5 bala yaxın olub: "Zəlzələ Ağdam və Bərdədə qeydə alınıb. Zəlzələnin maqnitudası 4,7 olub".BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda güclü zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb

Azərbaycanda güclü zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb

Noyabrın 15-də gecə Ağdamda baş verən zəlzələdən sonra 150-dən çox təkan qeydə alınıb.BAKU.WS-in məlumatına görə, bunu Trend-ə özəl olaraq AMEA Respublika Seysm...

1668 Hadisə 09:43 17 noyabr 2017

Son xəbərlər