Bakıya yağan yağışdan sonra "üzən maşınlar", gölməçə hoppanan sakinlər (VİDEO)
03
okt
2017
09:46
Axşam saatlarından etibarən paytaxt Bakıya yağmağa başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb.BAKU.WS "Report" xəbər verir ki, Bakının Yasamal rayonu ərazisindən keçən Şərifzadə küçəsinin "İnşaatçılar" metrostansiyası yaxınlığında bir neçə avtomobil xarab olaraq su basmış yolda qalıb. Yeni Yasamal yaşayış massivində isə yolda qalan 39 saylı marşrut avtobus sərnişin və sürücülərin köməkliyi ilə sudan çıxarılıb. Sözügedən ərazidə yol keçilməz vəziyyətə düşüb. Bundan əlavə, paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində də yolu su basması nəticəsində avtomobillərin hərəkəti mümkünsüz hala gəlib. BAKU.WS
Oxşar xəbərlər
Sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini dayandırıb
Güclü sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gecədən başlayaraq yağan güclü leysan yağışla...