Bakıda polis maşını yolda qaldı, köməyə vətəndaşlar çatdı

Bakıda polis maşını yolda qaldı, köməyə vətəndaşlar çatdı
Sosial 3702

 

Bakıda yol polisinin avtomobili xarab olaraq yolda qalıb.

Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, hadisə Bakının Yasamal rayonunda baş verib.

Paytaxtın Tbilisi prospekti ilə Cavad Xan küçəsinin kəsişməsində, 20 Yanvar dairəsinə gedən yolda baş verib. Yol polisinin köməyinə yoldan keçən vətəndaşlar çatıblar. Onlar avtomobili itələyərək yoldan kənara çəkilməsinə kömək ediblər.

Eyni vaxtda Cavad Xan küçəsi ilə Tbilisi prospekti istiqamətində 165 nömrəli marşrut üzrə hərəkətdə olan avtobus da qarlı yoxuşu qalxa bilmədiyindən yolda qalıb.

BAKU.WS

Oxşar xəbərlər

Polislər Bakı-Sumqayıt yolunu duzladı, maşınları itələdi (VİDEO)

Polislər Bakı-Sumqayıt yolunu duzladı, maşınları itələdi (VİDEO)

Qarlı hava şəraiti ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunda nəqliyyat vasitələrinin hərəkətində problem yaşanıb. Avtosfer.az-ın məlumatına görə, yolun sürüşk...

4152 Video 14:25 01 fevral 2017

Son xəbərlər