Bakı-Şamaxı yolunu sel apardı - Polis sürücüləri xilas etdi (VİDEO)

Bakı-Şamaxı yolunu sel apardı - Polis sürücüləri xilas etdi (VİDEO)
Video
Hadisə 21334

 

Ötən gün axşam saatlarında yağan güclü leysan yağışından sonra Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb.

APA TV xəbər verir ki, dağlardan gələn sel suları Bakı-Şamaxı avtomobil yolunun 76-cı kilometrliyində, Ceyrankeçməz dərəsi adlanan əraziyə toplanaraq yolun ortasında gölün əmələ gəlməsinə və nəticədə magistral yolun bağlanmasına səbəb olub.

Çökək ərazidən keçən yol və oradakı körpünün üstü su və qalın lil qatı ilə örtüldüyü üçün avtomobillərin hərəkəti tam məhdudlaşıb. Körpünün altındakı suötürücüsü lil ilə dolduğu üçün sel sularını ötürə bilməyib, su yolu və ətrafdakı yaşayış məntəqəsini basıb. Evlər və obyektlər su altında qalıb, sel suları körpüyə ziyan vurub. Yol iki saatdan çox bağlı qaldığı üçün Bakıdan Şamaxı istiqamətinə və əks tərəfə gedən 500-dən çox avtomobil yolda qalıb. Suda və lilin içində batıb qalan minik avtomobilləri və içərisindəki insanlar yol polisi əməkdaşları tərəfindən xilas edilib. Əraziyə ağır texnikalar cəlb edilib, Ceyrankeçməz çayının yatağı lildən təmizlənib və sel sularının başqa əraziyə axıdılması təmin edilib.

Yol polisi əməkdaşları ərazidə avtomobillərin hərəkətinin bərpası üçün lazımi işlər görüb.

BAKU.WS

Oxşar xəbərlər

Bakı-Şamaxı yolu bağlandı, 500-dən çox avtomobil yolda qalıb

Bakı-Şamaxı yolu bağlandı, 500-dən çox avtomobil yolda qalıb

Bu gün axşam saatlarında yağan güclü leysan yağışından sonra dağlardan gələn sel suları Qobustan rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatı...

3921 Hadisə 23:34 01 iyun 2017

Son xəbərlər