Bakının it bazarında qiymətlər: Qiyməti 3 min manata itlər də var (VİDEO)
Bəziləri evini, həyətini qorumaq üçün, bəziləri isə sırf bəzək kimi görüntüsü olsun deyə yüzlərlə manatından keçib it alır. Hətta qiyməti 3 min manata olan itlər də var. Pişiklərin qiyməti isə bazarda hazırda 50-700 manat arasında dəyişir.
BAKU.WS xəbər verir ki, itlərin qiyməti 100-150 manatdan başlayır, hətta qiyməti 3 min manata olanı da var. Hətta it satanlar arasında peşakar olaraq daim it yetişdirməklə məşğul olan kinoloqlar da var. Ən bahalı itlər isə bəzək üçün saxlanılanlardır.
Bazarda ən baha qiymətə olan alman şpitsi adlı itdir. Bu itin qiyməti 1500-3000 manat arasında dəyişir. Bu iti daha çox qadınlar alır və bəzək üçün özləri ilə gəzdirirlər.
Bazarda pişiklər də satılır. Onların qiyməti isə 50 manatla 700 manat arasındadır. Satıcılar bildirir ki, hazırda pişiklər artım mövsümündə olduqlarından onlara tələbat o qədər çox deyil. İsti havalarda daha çox satılan isə itlərdir.
BAKU.WS
Oxşar xəbərlər
Şaftalı, əriyin kilosu 12 manat - "8-ci km" bazarında QİYMƏTLƏR (VİDEO)
Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb. Bakı bazarlarında mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən is...