Bakıda heyvanlar üçün 400 manata divan satılır (VİDEO)

Bakıda heyvanlar üçün 400 manata divan satılır (VİDEO)
Video
Şou-biznes 1450

 

İtlər, pişiklər, siçanlar, tıspağalar, növbənöv quşlar... Hər bir heyvana uyğun müxtəlif yeməklər, şirniyyatlar, gözəllik vasitələri, hətta paltarlar.

Bu, paytaxtda yerləşən ev heyvanları və onlarla bağlı əşyaların satıldığı mağazalardan sadəcə bir necəsidir. Burda hətta minlərlə manata satılan ev heyvanları var.

Görünüşləri kimi pişiklərin qiyməti də bir-birindən fərqlidir.

Ən çox satılan başqa bir canlı tutuquşulardır. Qqiyməti 9 manatdan başlayır. Bunların yeməkləri isə əsasən Türkiyədən gətirilir və qiyməti 3 manatdan başlayır 7 manata kimi olur.

Heyvanların saxlanılmasında istifadə olunan məhsullar da müxtəlifdir. Gigiyenik məhsullar əsasən Almaniyadan və Rusiyadan gətirilir.

Ev heyvanları üçün şampunlar və gellərlə yanaşı, hətta dırnaqlarının kəsilməsi üçün qayçılar, tüklərinin daranamsı üçün xüsusi daraqlar, parfümləri də satılır. Hətta burda təzə anadan olan heyvanlar üçün bezlər də var.

Heyvanların yeməkləri də müxtəlifdir. Adi quru yeməklərlə yanaşı konservləşdirilmiş qidaları hətta yeməkdən sonra qəbul edəcəkələri şirniyyatları belə burda satılır.

Burda peyvanlar üçün belə xüsusi geyimlər belə satışda var. Papaqlarından tutmuş, soyuq hava geyinməkləri üçün ayaqqabı, hətta gödəkcəyə kimi.

400 manata satılan belə divanlar isə ev heyvanlarının dincəlməsi üçündür.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Son xəbərlər