İşıq pulundan sonra ət, yağ, yumurta bahalaşdı, çörək isə…

İşıq pulundan sonra ət, yağ, yumurta bahalaşdı, çörək isə…
Sosial 3005

 

İşıq pulunun cüzi artımından sonra ət, yumurta, yağ və meyvə-tərəvəz məhsullarının qiyməti bahalaşıb.

Virtualaz.org saytının bazar və marketlərdə apardığı müşahidələrə görə, toyuq ətinin kiloqramı 25-50 qəpik, mal və qoyun əti 1 manat, duru yağlar 10-30 qəpik, yumurta isə 2-4 qəpik arası bahalaşıb.

"Fresko” supermarketində sümüklü mal ətinin kiloqramı 8 manat 50 qəpiyə satışa çıxarılıb, yumurta isə 11 qəpikdən 13 qəpiyə yüksəlib.

Qoyun əti - 9 manat 50 qəpik

Toyuq ətinin kiloqramı - 3 manat 50 qəpik

Kartof - 90 qəpik

Pomidor - 70 qəpik - 2 manat 50 qəpik

Xiyar - 80 qəpik - 1 manat 60 qəpik

Metronun "Əhmədli” stansiyasının yaxınlığındakı ərzaq mağazasında da ət, yumurta və digər məhsulların bahalaşdığını təsdiqləyiblər. Satıcı Elnur Qənbərov bildirib ki, bu həftə yumurtanın yeşiyində 10 manat bahalaşma olub. "Bir yeşikdə 360 yumurta var. Təxminən 10 gün əvvəl bir yeşik yumurtanı 32 manata almışdıq. Bu həftənin əvvəlində 42 manata almışıq. İndi yumurtanı 13 qəpiyə veririk”.

Satıcı "Azərsun”un istehsal etdiyi yağların qiymətində təxminən 10-15 qəpik artım olduğunu dedi.

Xətai rayonu, Gəncə prospektindəki ət kəsim məntəqəsində də mal və qoyun ətinin qiymətində 1 manat - 1 manat 20 qəpik artım olduğunu təsdiqlədilər. Mal əti 8 manata, qoyun əti 9 manata satılır. Ötən ay 6-8 manata satılan kənd toyuğu isə hazırda 10-12 manata təklif edilir.

Qeyd edək ki, çörəyin də bahalaşdığı iddia olunurdu. Hətta sosial şəbəkələrdə "zavod çörəyi”nin baha satıldığı mağazaların ünvanları da göstərilmidi. Saytın əməkdaşlarının baş çəkdiyi mağazalarda çörəyin bahalaşması təsdiqlənməyib.

"Devalvasiyadan sonra un bahalaşmışdı. Amma son 1-2 ayda bahalaşma olmayıb. Mağazalara "Karmen” ununun 1 kiloqramı 46 qəpiyə satılır”, - metronun "28 May” stansiyasının yaxınlığındakı topdansatış bazarında satıcılar belə deyiblər. Mağazalarda isə unun 1 kiloqramı 50 qəpiyə satılır.

"Yaşıl bazar”da meyvə-tərəvəz məhsulları bahalaşıb.

Qiymətləri təqdim edirik:

Xiyar  - 50 qəpik - 1 manat 60 qəpik

Pomidor – 80 qəpik - 2 manat

Yaşıl bibər - 50 qəpik

Lobya - 1 manat

Kartof  - 80 qəpik

Gilas - 5 manat

Alma - 2-3 manat

Qarpız - 40 qəpik

8-ci kilometr qəsəbəsində yerləşən bazarda isə nisbətən ucuzluqdur:

Kartof - 50 qəpik

Sabirabad yemişi - 50 qəpik

Masallıdan gətirilən badımcan - 20 qəpik

Şəmkir kartofu - 70 qəpik

Şəmkir lobyası - 70 qəpik

Xiyar - 50 qəpik

Yay alması - 1 manat 20 qəpik

Gavalı - 50 qəpik

Armud (meşə gözəli) - 1 manat 80 qəpik

Mərəndi üzümü - 1 manat 60 qəpik

Alça - 1 manat 20 qəpik

Kənd Təsərrüfatı Nazirliyindən virtualaz.org saytına deyiblər ki, kənd təsərrüfatı yarmarkalarında satışa çıxarılan məhsullar daha ucuzdur. Bazar və mağazalardan narazı olanlar yarmarkalara müraciət edə bilərlər.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə qiymət artımı üçün iqtisadi əsaslar olduğunu deyib. "Ət istehsalı baha başa gəlir. Çünki ölkədə kifayət qədər yem tədarük olunmur. Məsələn, toyuq yeminə qatılan qatqılar xaricdən gətirilir. Dolların bahalaşması yemin bahalaşmasına təsir edir, son nəticədə məhsulun qiyməti artır. Bir neçə quşçuluq fabriki dollar bahalaşandan sonra dəymiş zərəri açıqlayıb. Onlardan birinin zərəri 2 milyon manata yaxındır”.

Su və ardından işığın qiymətinin artırılması da bahalaşmaya səbəb olub: "Paylama məntəqələrində quş və mal ətinin qiyməti təxminən 50 qəpik bahalaşıb. Bazarlarda meyvə-tərəvəz məhsulları tükənib. Yeni məhsulları nisbətən baha satışa çıxaracaqlar”.

V.Məhərrəmov çörəyin bahalaşmayacağını deyib: "Çörək strateji məhsul olduğu üçün onun qiymətinin bahalaşmasına imkan verilməyəcək. Çörəyin qiyməti nəzarətdədir. Bundan əlavə, dünya bazarında buğda ucuzlaşıb. Hazırda buğdanın 1 tonu 200 dollardan 147 dollara düşüb”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri abbas Əliyev də mətbuata çörəyin qiymətinin artmadığını, süni qiymət artıranlara qarşı mübarizə aparılacağını bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Metroda gediş haqqı sentyabrda 50 qəpik olacaq? (RƏSMİ CAVAB)

Metroda gediş haqqı sentyabrda 50 qəpik olacaq? (RƏSMİ CAVAB)

Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub. Bu qərardan sonr...

25816 Sosial 11:45 18 iyul 2016

Son xəbərlər