Bakıda alçanın kq-ı 500 manata satılır (FOTO)
Bakı bazarlarında bəzi meyvələrin qiyməti fantastik dərəcədə qalxıb.
BAKU.WS-in məlumatına görə, "Yaşıl bazar”da alçanın kiloqramı 500 manata, bir ədədi isə təxminən 8-9 manata satılır.
Satıcılardan bunun səbəbini soruşduqda isə müxtəlif bəhanələrlə sualdan yayınmaq istədilər. Guya alça xaricdən gətirildiyi üçün belə bahadır. Lakin bu tutarlı səbəb deyil.
Tutaq ki, ölkəmizdə mövsüm olmadığı üçün alça xaricdən gətirilir. Elə həmin xaricdə alçanın bir kiloqramı 15-20 dollar arasında dəyişirsə Azərbaycana gətiriləndə bu qiymət maksimum 50 manatadək arta bilər. Yol xərci və digər xərclər alçanın qiymətinə bu məbləğdən artıq təsir edə bilməz. Bəs yerdə qalan 450 manat? Bu məbləğ kimin cibinə gedir? Kim nə qədər istəyəcəksə qiyməti də o qədər artıracaq?
Məsələ ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, alça gündəlik istehlak səbətinə daxil olmadığı üçün onlarda bu barədə hələlik ətraflı məlumat yoxdur.
Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda ərzağın qiyməti yenə bahalaşdı (YENİ QİYMƏT CƏDVƏLİ)
Bakının mağaza və supermarketlərində ərzağın qiyməti durmadan artır. BAKU.WS-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsulların qiyməti bahalaşdığı üçü...