"Exchange"lərdə dollar bahalaşdı (FOTO)
Yanvarın 7-də Bakıda dolların məzənnəsi yenidən yüksəlib.
BAKU.WS-in Fins.az-a istinadla verdiyi məlumata görə, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələrində dolların məzənnəsi yanvarın 6-a nisbətən kəskin artıb. Belə ki, hazırda məntəqələrdə ABŞ dolları 1,6-1,63 manata alınır, 1,70-1,72 manata satılır. Dünən isə doların alış qiyməti 1,61 manat, satış qiyməti 1,64 manat idi.
Paralel olaraq avronun məzənnəsi də yüksəlib. İndi Avropa valyutasının alış qiyməti 1,72 manat, satış qiyməti 1,86 manat təşkil edir. Dünən isə avro 1,71 manata alınıb, 1,77 manata satılırdı.
Əvəzində valyutadəyişmə təntəqələrində rus rublu ucuzlaşıb. Hazırda 100 rubl 2 manata alınır, 2,2 manata satılır. Dünən isə 100 rubl 2,32 manata alınır, 2,45 manata satılırdı.
BAKU.WS
Oxşar xəbərlər
Bakının valyuta dəyişmə məntəqələrində dollar ucuzlaşdı
Bakının valyuta dəyişmə məntəqələrində yoxlamalar aparılır və dolların məzənnəsinin artırılmasına qarşı tədbirlər görülür. BAKU.WS-in məlumatına görə, bu yoxl...