Manat 29 valyuta qarşısında ucuzlaşdı, dollar və avro bahalaşdı (CƏDVƏL)

Manat 29 valyuta qarşısında ucuzlaşdı, dollar və avro bahalaşdı (CƏDVƏL)
İqtisadiyyat 1648

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi bahalaşıb. Avropanın vahid valyutası 1,1281-dən 1,1301 AZN-ə yüksəlib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0501-dən 1,0504 AZN-ə yüksəlib. 2015-ci il fevral devalvasiyasından sonra dolların məzənnəsi ilk dəfə 1.05-lik psixoloji həddi keçməklə yüksəlir. 

Rus rublunun məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. Rubl hazırda 0,0163 AZN-ə bərabərdir.  

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda dollar bahalaşaraq psixoloji həddi keçdi

Azərbaycanda dollar bahalaşaraq psixoloji həddi keçdi

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi...

4787 İqtisadiyyat 10:19 10 noyabr 2015

Son xəbərlər