Azərbaycanda dolların orta aylıq məzənnəsi açıqlandı

Azərbaycanda dolların orta aylıq məzənnəsi açıqlandı
İqtisadiyyat 1176

 

Manatın xarici valyutalara qarşı rəsmi orta aylıq məzənnəsi açıqlanıb.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, oktyabr ayının 1-i üzrə ABŞ dollarının rəsmi orta aylıq məzənnəsi manatla ifadədə 1,0480 AZN təşkil edib. 

Avropanın vahid valyutası avronun oktyabr ayı ərzində orta aylıq məzənnəsi isə 1,1776 manata bərabər olub. Rusiya rublu manatla ifadədə 0,0157 AZN təşkil edib.

Qeyd edək ki, Mərkəzi Bankın son rəqəmlərinə görə, hazırda 1 ABŞ dolları 1,0491, avro 1,1571, Rusiya rublu isə 0,0163 manata bərabərdir. 

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 manat təxminən 0, 78 dollara idi.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda avro bahalaşdı, dollar ucuzlaşdı (CƏDVƏL)

Azərbaycanda avro bahalaşdı, dollar ucuzlaşdı (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi...

1114 İqtisadiyyat 09:44 02 noyabr 2015

Son xəbərlər