Bu günə olan məzənnə açıqlandı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi ucuzlaşıb. Avropanın vahid valyutası 1,1898-dən 1,1876 AZN-ə düşüb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları hazırda 1,0474 AZN-ə bərabərdir. Rus rublunun məzənnəsində isə ucuzlaşma müşahidə edilib. Rubl 0,0170-dən 0,0168 AZN-ə geriləyib.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Dollar yenidən bahalaşdı (CƏDVƏL)
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi...