Rəsmi məzənnə açıqlandı: dollar ucuzlaşdı

Rəsmi məzənnə açıqlandı: dollar ucuzlaşdı
İqtisadiyyat 857

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi bahalaşıb. Avropanın vahid valyutası 1,1898-dən 1,1927 AZN-ə yüksəlib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0475-dən 1,0473-ə düşüb. Rusiya rublunun məzənnəsində isə dəyişiklik qeydə alınıb. Rubl 0,0169-dan 0,0167 AZN-ə geriləyib. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS     

Oxşar xəbərlər

Dollar yenə bahalaşdı (CƏDVƏL)

Dollar yenə bahalaşdı (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cüzi...

1081 İqtisadiyyat 10:45 13 oktyabr 2015

Son xəbərlər