Bu günün rəsmi məzənnəsi açıqlandı
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.
BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1809-dan 1,1813-ə yüksəlib.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları hazırda 1,0479 AZN-ə bərabərdir. Rusiya rublunun məzənnəsində isə ucuzlaşma müşahidə edilib. Rubl 0,0162-dən 0,0157-yə qədər azalıb.
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının
5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Rəsmi məzənnə açıqlandı: dollar ucuzlaşır
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən baha...