Bakıda avro 2 AZN-ə çatdı, dollar isə sürətlə bahalaşır (FOTO)
Azərbaycanda avronun məzənnəsi növbəti mühüm psixoloji həddə - 2 manata yaxınlaşıb.
BAKU.WS-in fins.az-a istinadla verdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə valyuta məzənnələrini elan edəndən sonra Bakıdakı valyutadəyişmə məntəqələrində dollar və avronun satışına başlanıb.
Fins.az-ın əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki, şəhərin mərkəzində dollar 1,6 manata alınır 1,72 manata satılır. Avro isə daha kəskin bahalaşıb. Hazırda 1 avro 1,74 manata alınır, 1,99 manata satılır.
Hazırda valyutadəyişmə məntəqələrinin qarşısında valyuta alanlar olsa da, dünənki izdiham müşahidə olunmur. Bəzi məntəqələr fəaliyyət göstərməsə də, əksəriyyət məntəqələrdə satış var.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda dollar panikası: əhali əlində olan pulu dəyişir
Bu gün Bakının valyutadəyişmə məntəqələrində dollar tapmaq müşkülə çevrilib. BAKU.WS əməkdaşının şəhərdə apardığı müşahidə onu deməyə əsas verir ki, mərkəzi h...