Azərbaycanda dollar və avronu dəyişərkən uduzmamağın 5 qızıl yolu
İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) bu ilin avqust ayında Bakıda və Azərbaycanın 5 bölgəsində fəaliyyət göstərən valyutadəyişmə məntəqələri arasında sorğu keçirib.
BAKU.WS-in Mərkəzə istinadla verdiyi məlumata görə, sorğu nəticəsində yalnız xarici valyutalara tələbin dəyişməsi deyil, eyni zamanda vətəndaşlarımız üçün faydalı olacaq sonluqlar əldə edilib.
Xarici valyuta alıb-satmaq istəyənlər üçün dolları nə zaman almalı sualına da cavab tapılıb:
- Xarici valyuta almaq istəyənlər bunu həftənin iş günləri etsinlər. Belə ki, avro dollar kursununun fiks olması halında həftə içi manatın dollara məzənnəsi daha əlverişli olur;
- Həftəsonları xarici valyutaların, xüsusən də dolların manata məzənnəsi iş günlərinə nisbətən daha yüksək olar. Dollar və ya avro alacaqsınızsa bunu həftəsonuna saxlamayın. Mərkəzi Bankın hər həftənin sonuncu məzənnəsini cümə günü müəyyənləşdirdiyini nəzərə alaraq aparılan sorğu göstərir ki, rəsmi kursu eyni olmasına rəğmən əksər hallarda bazar günləri dollar cümə gününə nisbətən daha baha satılıb;
- Dollarını dəyişmək istəyənlər isə onu həftəsonu etsələr daha məqsədəuyğun olar. Həftəsonları dollara müqayisəli olaraq daha çox manat ödənilir;
- Qarşıdan bayram günləri gəlirsə və siz xarici valyuta almağı planlaşdırırsınızsa bunu bayramadək edin, əks halda daha yüksək kursla dollar almalı olacaqsınız. Dollara satırsınızsa bunu bayramın sonuncu günü etmək məqsədəuyğundur;
- Avro-dollar məzənnəsinin fiks qəbul ediləcəyi halda dollar almaq üçün ən məqbul iş həftəsinin ortasıdır. Mərkəzi Bankın intervesiyası nəticəsində həmin günlər dolların manata məzənnəsi daha əlverişli olur.
Deməli, sorğu nəticəsində əldə olunan sözügedən emipirik nəticələrdən faydalanmaqla dollar alıb-satmaq istəyənlər daha çox pul qazana bilərlər.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Manatın dollar qarşısında bahalaşmasının səbəbi açıqlandı
"Manatın dollara nisbətən məzənnəsinin yüksəlməsi bilavastə dünya bazarında avronun kursunun güclənməsi ilə bağlıdır. Ölkəmizdə məzənnə müəyyənləşdirilən zaman...