Mərkəzi Bankdan dollar açıqlaması

Mərkəzi Bankdan dollar açıqlaması
İqtisadiyyat 2203

Azərbaycan Mərkəzi Bankı valyuta bazarında xarici valyuta qıtlığı olması xəbərlərinə münasibət bildirib. 

BAKU.WS-in məlumatına görə, açıqlamada bildirilir: "Mərkəzi Bankı bildirir ki, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur. Bankların filial və şöbələri, o cümlədən valyuta mübadilə şöbələri nağd xarici valyuta satışını həyata keçirir.

Eyni zamanda bildiririk ki, əhalinin və iqtisadi subyektlərin xarici valyutaya olan tələbatının ödənilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə geniş filial şəbəkəsi olan bankların filial, şöbə və valyuta mübadilə şöbələri adi iş rejimində fəaliyyət göstərir və bazar günü də valyuta satışını davam etdirəcək.

Bəzi bankların filial və şöbələrinin işləməməsi onların daxili reqlamentinə uyğun olaraq müəyyən olunan iş rejimi ilə əlaqədardır.

Eyni zamanda bildiririk ki, Mərkəzi Bank tərəfindən valyuta bazarında vəziyyət nəzarətdədir və mütəmadi monitorinqlər həyata keçirilir”.

BAKU.WS

Oxşar xəbərlər

Paytaxtda dollar həyəcanı, valyutadəyişmə məntəqələri bağlandı (FOTOREPORTAJ)

Paytaxtda dollar həyəcanı, valyutadəyişmə məntəqələri bağlandı (FOTOREPORTAJ)

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara xəbərdarlıq etməsinə baxmayaraq vəziyyət heç də ürəkaçan deyil. BAKU....

3713 İqtisadiyyat 12:59 22 avqust 2015

Son xəbərlər