Paytaxtda dollar həyəcanı, valyutadəyişmə məntəqələri bağlandı (FOTOREPORTAJ)

Paytaxtda dollar həyəcanı, valyutadəyişmə məntəqələri bağlandı (FOTOREPORTAJ)
İqtisadiyyat 3713

  Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında ajiotajı aradan qaldırmaq üçün banklara xəbərdarlıq etməsinə baxmayaraq vəziyyət heç də ürəkaçan deyil.  BAKU.WS-in məlumatına görə, paytaxt əhalisi arasında hazırda həyəcan yaşanır. Şəhərin bir çox valyutadəyişmə məntəqələri və bank filialları bağlanıb. Açıq olan məntəqələrdə isə dolların satışı dayandırılıb. Valyutadəyişmə məntəqələri sahibləri bunu dollar qıtlığı ilə əlaqələndirirlər. Bildirilir ki, hazırda dollara olan təlabat artıb. Səhər saatlarından etibarən çoxsayda insan dollar almaq üçün məntəqələrin qarşısına toplaşıb. Bu səbəbdən də dollar ehtiyatı tükənib.  Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankı kommersiya banklarına dolların satış məzənnəsinin maksimal həddini 1,055 səviyyəsində götürülməsini tövsiyə edib. Qonşu ölkələrin iqtisadiyyatında baş verən proseslərdən sonra Azərbaycanda əhali arasında ajiotaj yaranıb.   Hətta bəzi valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 1,07 manat məzənnəsi ilə satılırdı. Banklara tövsiyə olunub ki, dolların satış məzənnəsinin maksimal həddi 1,055 səviyyəsində götürülsün", - deyə məlumatda vurğulanıb.   Mərkəzi Bankın bu tələbə əməl etməyən banklarla bağlı qanunvericiliyə uyğun ölçü götürüləcəyi bildirilir. Mərkəzi Bankın bazar ertəsi açıqlayacağı valyutaların rəsmi məzənnəsi maraqla gözlənilir.   Ziya Səccad Ayşən AYxan BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan nefti yenə ucuzlaşdı

Azərbaycan nefti yenə ucuzlaşdı

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb. BAKU.WS-in məlumatına görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzeriLight" markalı neftin bir barelini...

8 İqtisadiyyat 12:11 22 avqust 2015

Son xəbərlər