Ətin qiymətinin artması ilə bağlı xəbərə rəsmi açıqlama

Ətin qiymətinin artması ilə bağlı xəbərə rəsmi açıqlama
Sosial 1188

Son günlər bəzi KİV-lərdə ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur.

BAKU.WS-in məlumatına görə, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib. Qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb: "Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kiloqramı ı istehlakçılara 6,50 - 8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kiloqramı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kiloqramının qiyməti 5,50 - 6 manat arasındadır". Ziya Babayev BAKU.WS 

Oxşar xəbərlər

Yerli məhsulların qiyməti niyə bu qədər bahalaşır? (CƏDVƏL)

Yerli məhsulların qiyməti niyə bu qədər bahalaşır? (CƏDVƏL)

Dolların manata nisbətən kəskin artması ölkədə bir çox məhsulların qiymətini kəllə-çarxa qaldırdı. BAKU.WS-in məlumatına görə, paytaxtda əsas topdansatış məhsu...

2608 Sosial 10:51 28 dekabr 2015

Son xəbərlər