"Qara bazar"da dollar ucuzlaşdı - QİYMƏT

Qara bazarda dollar ucuzlaşdı - QİYMƏT
İqtisadiyyat 10342

Banklar tərəfindən ABŞ dollarının satışının məhdudlaşdırılması nəticəsində dollar kütləsinin alınıb-satıldığı «qara bazarda» məzənnələr bir qədər azalıb.

Fins.az-ın məlumatına görə, ötən həftənin sonunda (sentyabrın 2-də) «qara bazar»da dolların satış qiyməti 1,82 manat olduğu halda, istirahət günləri bu qiymət bir qədər də yüksələrək 1,83 manata çatıb.

Dolların alış qiyməti isə sentyabrın 2-dəki 1,78 manatdan, sentyabrın 3-4-də 1,81 manata qalxıb. Amma bazar ertəsi dolların qara bazarda da cüzi ucuzlaşmasmı baş verib. Hazırda qeyri-rəsmi bazarda 1 ABŞ dolları 1,78 manata alınır, 1,81 manata satılır.

BAKU.WS

Son xəbərlər