Dolların “qara bazar” qiyməti 1,70 manat oldu
25
avq
2016
14:52
Bankların dollar satışına limit tətbiq etməsi "qara bazar”ın aktivləşməsinə səbəb olub.
Hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. "Qara bazar”da bir dolların alış kursu 1.70 manat, satışı isə 1.71 manat təşkil edir.
Avronun alış-satış məzənnəsinə gəlincə, alış 1.90, satış 1.92 manat təşkil edir.
Qeyd edək ki, bu günə olan rəsmi valyuta məzənnələri dollar üzrə 1.6245 manat, avro üzrə 1.8308 manatdır. Kommersiya bankları tərəfindən hər iki valyutanın alqı-satqısı 4 faiz məzənnə fərqi ilə reallaşdırılır. (Fins.az)
BAKU.WS
Oxşar xəbərlər
Bəzi kommersiya bankları dolları rəsmi məzənnədən 8% baha satır
Azərbaycanda bir sıra kommersiya bankları manat kartları üzrə xarici valyutaya konvertasiya əməliyyatlarına görə komissiya haqqını artırıb. Konvertasiya faizlər...