Bakıda dolların məzənnəsi 1,80 manata yüksəldi

Bakıda dolların məzənnəsi 1,80 manata yüksəldi
İqtisadiyyat 2619

 

Bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 16:00 radələrində aparılan monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnələrinin yenidən artdığı qeydə alınıb.

BAKU.WS-in Report-a istinadla verdiyi məlumata görə, əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,72 manat, satışı isə 1,80 manata aparılır. Qeyd edək ki, günün ilk yarısında valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,67-1,75 AZN olub.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu günə olan rəsmi məzənnəsi dünənki səviyyədə - 1,5626 AZN/USD qalsa da, bu gün keçirilən valyuta hərracında tələbin yalnız 19% qarşılanması nəticəsində valyuta bazarında yenidən ajiotaj yaranıb.

Valyuta hərracları vasitəsilə mütəşəkkil bazarda kommersiya banklarına dollar kütləsi satan AMB satışı "ən yaxşı təklif" prinsipi ilə həyata keçirir. Dekabrın son günlərində gündəlik 100 mln. dollara yaxın valyuta satan AMB-nin mütəşəkkil valyuta bazarına intervensiyasının bu gün zəiflədiyi diqqətə çarpıb.

BAKU.WS

Oxşar xəbərlər

"Exchange"lərdə dollar bahalaşdı (FOTO)

"Exchange"lərdə dollar bahalaşdı (FOTO)

Yanvarın 7-də Bakıda dolların məzənnəsi yenidən yüksəlib. BAKU.WS-in Fins.az-a istinadla verdiyi məlumata görə, şəhərin mərkəzindəki valyutadəyişmə məntəqələri...

1258 İqtisadiyyat 11:37 07 yanvar 2016

Son xəbərlər