Mərkəzi Bank banklara 100 mln. dollar satdı
Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün mütəşəkkil banklararası bazarda növbəti valyuta intervensiyasını həyata keçirib.
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, bu gün keçirilən hərracda AMB kommersiya banklarının sifariş və qiymət təklifləri əsasında 100 mln. ABŞ dolları həcmində valyuta kütləsi satıb. Nəticədə AMB kommersiya banklarının dollara olan cari tələbatının 50%-ni (dekabrın 28-də - 46%) ödəyib.
"Bu məbləğin isə qısa zaman ərzində müştərilərə satılacağı və artıq axşam saatlarında valyutadəyişmə məntəqələrində satışın azalacağı gözlənilir", - deyə "Report"un analitikləri qeyd ediblər.
Xatırladaq ki, hazırda əksər banklarda nağd dolların satışı 1,65-1,70 AZN/USD məzənnəsilə aparılır, satışın həcmi isə 500-1000 dollarlıq məbləğlə məhdudlaşdırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda yeni devalvasiya təşvişi: valyutadəyişmə məntəqələri dollar satmır
Bu gün paytaxtın valyutadəyişmə məntəqələrində yenidən qeyri-müəyyən vəziyyət yaranıb. BAKU.WS-in məlumatına görə, səhər saatlarında valyuta dəyişmə məntəqələ...