Mərkəzi Bank qərar verdi: dollar bahalaşır

Mərkəzi Bank qərar verdi: dollar bahalaşır
İqtisadiyyat 12216

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, ənənəvi olaraq saat 11:30-da keçirdiyi valyuta hərracını təxirə salıb.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, əvəllər isə bu hərraclar saat 15:30-da keçirilir.

 

Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazır satış məzənnəsi bəzi exchange"lərdə 167-170 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.  

"Report"un analitik qrupu qeyd edir ki, günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar: "Bazarda real tələb olduğu halda, AMB bu gün hərrac keçirməsə, nağd məzənnənin sabit şəkildə 1,67 AZN/USD-ni keçəcəyi gözlənilir.

Yaxın günlərdə cari tələbat qarşılanmasa, məzənnənin 1,70 AZN/USD-yə çatması mümkündür". 

BAKU.WS

Son xəbərlər