Bank əməkdaşları dollarları “qara bazar”a ötürür

Bank əməkdaşları dollarları “qara bazar”a ötürür
İqtisadiyyat 2042
 

Dollara tələbin artması və nə Mərkəzi Bankın, nə də Neft Fondunun bu tələbi qarşılaması nəticəsində "qara bazar"da canlanma müşahidə olunur. Bankların dollar satmağa qoyduğu məhdudiyyət də əhali arasında qara bazar istifadəçilərinin sayını artırır.

Fins.az-ın apardığı qısa araşdırmaya görə, dəfələrlə rəsmi şəkildə olunan qadağalara baxmayaraq, son günlərdə "qara bazar”da dollar alveri aktivləşib. Banklardan istədikləri məbləğdə dollar ala bilməyən vətəndaşlar gizli yolla dollar satanlara müraciət edirlər.

"Qara bazar”dan əldə etdiyimiz məlumata əsasən, bu gün orada dolların satış kursu 1,6850 - 1,6855 manat arasında dəyişir və dollar dəyişmək üçün hər hansı limit də yoxdur. Banklarda isə dolların alışı üçün təbii ki, məbləğ mədudiyyəti şərtilə, maksimum qiymət 1,6852 manatdır. Əksər banklar isə bunlar daha ucuz məzənnə ilə ilə mübadilə edirlər. Buradan belə aydın olur ki, banklar ABŞ valyutasının "qara bazar”a çıxışını minimallaşdırmaq üçün alış və satış kursunu yol verilən həddin maksimumuna yaxınlaşdırmaq məcburiyyətində qalırlar. İndiki maliyyə böhranında bankların dollar alış-satışı arasında minimal fərq yaradaraq mübadilə əməliyyatları aparması isə onların külli miqdarda gəlirdən məhrum olması deməkdir. Ona görə də maliyyəçilər eyni zamnada "qara bazar”la mübarizə aparmaq məcbuiyyətindədir.

Ancaq qeyri-rəsmi olaraq o da məlumdur ki, "qara bazar"ın təminatçıları özləri də elə maliyyə qurumlarıdır. Araşdırmalar göstərir ki, indi "qara bazar”da dollar satanların əksəriyyəti elə bank işçiləridir. Onlar kimliklərini ustalıqla gizlədərək xarici valyuta alverində fəal iştirak edirlər. Təkcə yaxın ətrafları onların əslində harda işlədiklərini bilirlər və bu, onlara inamı artırır. Nəticədə isə vətəndaşlar ucuz dollar almaqdan məhrum olurlar.

BAKU.WS

Oxşar xəbərlər

Dollar satışına görə banklara XƏBƏRDARLIQ

Dollar satışına görə banklara XƏBƏRDARLIQ

Maliyyə Nəzarəti Palatası dollar satışını süni surətdə daynadıran və dollar qıtlığı yaradan banklara xəbərdarlıq edib. Fins.az-ın bank mənbələrindən əldə etdi...

2095 İqtisadiyyat 13:45 28 iyun 2016

Son xəbərlər