Siyavuş Novruzov: "Mərkəzi Bank 100 milyon dollar dövriyyəyə buraxıb"
"Valyutadəyişmə məntəqələrində dolların qiyməti göstərilsə də, satılmır. Əvəzinə pulları "qara bazar”a buraxır, orada artıqlaması ilə dəyişir, vətəndaşların ziyanına iş aparır və cibinə girirlər. Halbuki, Mərkəzi Bank 100 milyon dollar dövriyyəyə buraxıb və hər bir valyutadəyişmə məntəqəsinə də vəsait ayırıb". BAKU.WS-in məlumatına görə, bu barədə APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisinin deputatı Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, ölkənin bəzi bölgələrində olan aksiyalara da süni qiymət artımı və dollar ajiotajı səbəb olur: "Məhsulların qiymətini süni şəkildə artıranlara qarşı mübarizə aparılması üçün cənab prezident müşavirədə bir daha göstəriş verdi. Bunun qarşısı alınmalıdır, hüquq-mühafizə orqanları və İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımının qarşısını almaq üçün ciddi nəzarət həyata keçirməlidir. Azərbaycanda istehsal olunan məhsulların qiyməti qalxa bilməz. Xaricdən gətirilən malların qiymətində müəyyən fərqlər olacaq, amma daxili bazarda qiymətə ciddi nəzarət olunmalıdır. Süni qiymət artımı, süni dollar ajiotajı yaratmaq etiraza səbəb olur. Buna görə də bu istiqamətdə ciddi şəkildə nəzarət olunmalıdır və olacaq”. BAKU.WS
Oxşar xəbərlər
Həftə sonu dollar qıtlığı yaranacaq: manat yenidən ucuzlaşacaq
"Dolların manata məzənnəsi 1.85-dək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yu...