Həftə sonu dollar qıtlığı yaranacaq: manat yenidən ucuzlaşacaq

Həftə sonu dollar qıtlığı yaranacaq: manat yenidən ucuzlaşacaq
İqtisadiyyat 1721

 

"Dolların manata məzənnəsi 1.85-dək yüksəlib. Problem yalnız dolların artan məzənnəsində deyil, eyni zamanda valyuta dəyişmə məntəqələrində xarici valyutanın yumşaq desək, "yoxa çıxmasındadır”. Banklar və valyutadəyişmə məntəqələri artan tələbi qarşılamaq imkanına malik deyil. Əslində, Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verəndə bununla manatın ucuzlaşmasına start verildiyini qeyd etmişdim".

BAKU.WS-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, bu günki məzənnə ikinci devalvasiyadan keçən qısa müddətdə manatın dollara nisbətən 20 faizə yaxın dəyər itirməsi deməkdir:

"Üzən məzənnə rejiminə keçən manat sadəcə dəyər itirməkdədir. Reallıq bundan ibarətdir ki, Mərkəzi Bankın dekabrın 21-də manatın kursunu kəskin, 50 faiz aşağı salmaqla əslində dollar ajiotazı yaratdı. Kursu bir gündə yarıbayarı aşağı salmaq bütün hallarda milli valyutaya inamın itməsinə səbəb olmaqla dollara tələbin kəskin artırmalı idi və bu da baş verdi. Belə görsənir ki, Mərkəzi Bank ikinci devalvasiya ilə dollara tələbi artırmaqla dollarlaşma prosesini sürətləndirmək və xarici valyuta ehtiyatlarına qənaət etməyə çalışıb. Bununla, Mərkəzi Bank az dollar ilə çox manat alır. Yəni, əvvəllər baş bank bazara 1 milyon dollar çıxaranda dövriyyədən 1 milyon 50 min manat çıxarırdısa, indi hər milyon dollarda 700 min daha çox manatı bazardan götürür. Bu isə o deməkdir, Mərkəzi Bank üçün manata inamın bərpa edilməsi prioritet deyil, indiki məqamda əsas hədəf dollarlaşmanı mümkün qədər daha qısa zamanda başa çatdırmaq və əks-dollarzasiya prosesinə nail olmaqla valyuta ehtiyatlarını qorumaqdır".

İqtisadçı hesab edir ki, həftəsonunda bir sıra valuta dəyişmə məntəqələri fəaliyyət göstərməyəcək və dollar qıtlığı yaranacaq: "Növbəti 2 gündə dollara olan tələbin ödənilməsi üçün Mərkəzi Bank auksionda daha böyük məbləğdə dollar satmalıdır. Əks halda Mərkəzi Bankın istirahət etdiyi növbəti 2 gündə kommersiya bankları və valyuta dəyişmə məntəqələri dollar satmaq deyil, "xarici valyuta satan olacaqsa almaq" haqqında düşünəcəklər".

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Manat dollar qarşısında ucuzlaşacaq, III devalvasiya qaçılmazdır

Manat dollar qarşısında ucuzlaşacaq, III devalvasiya qaçılmazdır

"Mərkəzi Bankın yeni addımına görə, şəxsiyyət vəsiqəsi olmadan bir müştəriyə yalnız 500 dollar satıla bilər. Bu addımla Mərkəzi Bank dollara olan tələbi inzibat...

3567 İqtisadiyyat 15:10 07 yanvar 2016

Son xəbərlər