Mərkəzi Bankın qərarından sonra manat bahalaşdı (FOTO)

Mərkəzi Bankın qərarından sonra manat bahalaşdı (FOTO)
İqtisadiyyat 6135

Bakıda dolların məzənnəsi manata nisbətdə ucuzlaşıb. BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitorinq nəticəsində nağd ABŞ dollarının alış-satış məzənnəsinin kəskin azaldığı qeydə alınıb. Əksər "exchange"lərdə 1 ABŞ dollarının alışı 1,55-1,56 manat, satışı isə ən yaxşı halda 1,6260 manata aparılır. Qeyd edək ki, dünən bəzi paytaxt valyutadəyişmə məntəqələrində dolların alış-satış məzənnələri 1,83-1,87 AZN/USD-yə qədər yüksəlmişdir. Lakin Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsi "exchange"lərin məzənnə siyasətini xeyli məhdudlaşdırıb. Buna baxmayaraq, hazırda valyutadəyişmə məntəqələrinin əksəriyyəti tam bağlıdır, bəzilərində əməliyyat ümumiyyətlə aparılmır, real işləyən "exchange"lər isə nağd dolların satışını adambaşı 200-300 dollarla məhdudlaşdırıb. Bu səbəbdən həmin məntəqələrin qarşısında növbə yaranıb. Qeyd edək ki, AMB-nin yanvarın 7-11-nə rəsmi məzənnəsi - 1,5642 AZN/USD-dir. Yəni, bu günlərdə "exchange"lərdə dolların alış məzənnəsi minimum 1,5016 AZN/USD, satış məzənnəsi isə maksimum 1,6268 AZN/USD ola bilər.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda dolların satışı 1,84 AZN-ə çatdı

Bakıda dolların satışı 1,84 AZN-ə çatdı

"Report" agentliyinin analitik qrupunun bu gün Bakı şəhərinin 28 May küçəsində yerləşən valyutadəyişmə məntəqələri üzrə saat 12:00 radələrində apardığı monitori...

1814 İqtisadiyyat 12:50 08 yanvar 2016

Son xəbərlər