“Qara bazar”da dolların qiyməti sürətlə qalxır

“Qara bazar”da dolların qiyməti sürətlə qalxır
İqtisadiyyat 5300

Banklardan dollar almaq çətinləşdikcə, "qara bazar”da qiymət sürətlə bahalaşır.

BAKU.WS Fins.Az-a istinadən xəbər verir ki, hazırda Bakıda "qara bazar”da bir dolların satış kursu 1,73-1,75 manat arasında dəyişir. 

Həmçinin dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə "bazarlıq” edirlər. Gəncə şəhərində isə "qara bazar”da 1 dollar 1,72-1,73  manata satılır. Əvvəllər bu bazarda valyuta əməliyyatları limitsiz olsa da, indi əksəriyyəti 500-1000 dollar civarında satış həyata keçirirlər.

Qeyd edək ki, 31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub. 

BAKU.WS

Oxşar xəbərlər

Dolların “qara bazar” qiyməti 1,70 manat oldu

Dolların “qara bazar” qiyməti 1,70 manat oldu

Bankların dollar satışına limit tətbiq etməsi "qara bazar”ın aktivləşməsinə səbəb olub. Hazırda bu bazarda valyuta əməliyyatları limitsiz reallaşdırılır. "Qara...

3217 İqtisadiyyat 14:52 25 avqust 2016

Son xəbərlər