Dollar: ilin ən yuxarı və aşağı qiymətləri
AMB 1Transparency.az bildirir ki, aprelin 26-da ABŞ dolları 2016-cı ilin ən aşağı qiymətinə təklif olunur. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,5006 manat müəyyən edib.
Aprel ayında dolların kursunda maksimum hədd ayın 13-ü və 14-də qeydə alınıb. Həmin günlər 1 dollar 1,5264 manata satılıb. Aprelin 4-də isə dollar 1,5094 manat olub. Ayın 22-dən kurs yenidən 1 manat 51 qəpikdən aşağı düşüb.
2015-ci il dekabrın 21-də Mərkəzi Bank üzən məzənnə rejiminə keçib, rəsmi kurs 1 dollara qarşı 1 manat 5 qəpikdən 1 manat 55 qəpiyə qalxıb və yuxarı doğru istiqamət götürüb.
Bu ilin yanvarında dolların kursunda ən aşağı hədd ayın 5-də qeydə alınıb: 1,5610 manat. Ayın 25-də isə dolların rəsmi məzənnəsi 1,6054 manat olaraq ən yüksək həddə çatıb.
Fevralda dolların ən aşağı qiyməti ayın 24-nə təsadüf edib: 1,5593 manat. Ən yuxarı qiymət isə fevralın 1-də olub: 1,5972 manat.
Martda Mərkəzi Bank dolları ən aşağı qiymətə ayın 1-də satıb: 1,5687 manat. Həmin ayın 11-də isə dollara 1,6456 manat qiymət qoyulub.
Manatın kursunu sabit saxlamaq üçün bu il Mərkəzi Bank və Dövlət Neft Fondu hərraclarda 2 milyard 164,9 milyon ABŞ dolları satıb.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank dolların 3 günlük rəsmi məzənnəsini açıqladı
Azərbaycanda dolların yanvarın 25-nə olan rəsmi məzənnəsi açıqlanıb. BAKU.WS Mərkəzi Banka istinadən məlumat verir ki, gələn həftənin ilk iş gününə olan rəsmi...