Bakıda 15 min manata maşın nömrəsi - VİDEO

Bakıda 15 min manata maşın nömrəsi - VİDEO
Video
Sosial 3710

1500, 2000, 7000, hətta 15 min manat. Nömrə və seriyaların düzülüşü kimi qiymətləri də fərqlidir.

Qanunla qadağan olunsa da bir çox sosial şəbəkədə profil açılaraq nömrələrin satışı həyata keçirilir.

Hətta bu profildə nömrələrin əldə olunması üçün hər bir şey ən incə detalına qədər qeyd olunub... Nömrələrin sifariş olunaraq kimdən əldə olunması üçün mobil nömrələr belə yazılıb.

Ancaq Baş Dövlət Yol Polis İdarəsində deyirlər ki, nömrələirn bu formada satılması qanuna uyğun deyil.

Qanunla dövlət qeydiyyat nişanının qiyməti 22 manatdan başlayır. Seriya və rəqəmlərin düzülüşünə görə rüsum 2500 manata kimi yüksələ bilər.

Amma hər hansısa bir saytda və ya sosial şəbəkədə bu cür elanlarla nömrələrin satışını heç kim həyata keçirə bilməz. Bunu edənlər isə cinayət məsuliyyətinə cəlb oluna bilər.

Xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: 

Son xəbərlər