Bakıda yeni dələduzluq növü - telefonu avtomobilə toxunduraraq... - VİDEO

Bakıda yeni dələduzluq növü - telefonu avtomobilə toxunduraraq... - VİDEO
Video
Video 5846
Bakıda yeni növ dələduzluqla məşğul olan şəxslər peyda olub. Belə ki, yolun kənarında dayanan həmin şəxslər işlək vəziyyətdə olmayan mobil telefonu yolda hərəkətdə olan avtomobilə toxunduraraq sonradan sürücüdən pul tələb edirlər. Hüquqşunaslar belə halın dələduzluq əməli olduğunu bildirirlər.Sosial şəbəkələrdə yayılan belə görüntülərdən aydın olur ki, bir nəfər yolda hərəkətdə olan avtomobilə yaxınlaşaraq əlində olan telefonu maşının yan hissəsinə toxundurur.Sonra isə sürücüyə telefonun sındığını bildirərək ondan pul tələb edir. Belə bir hadisə ilə paytaxt sakinlərindən biri qarşılaşıb. Bütün olanlar isə həmin şəxsin avtomobilində quraşdırılan təhlükəsizlik kamerasına düşüb.Videodan aydın görünür ki, yolun kənarında dayan 2 şəxsdən biri maşın yaxınlaşdığı zaman əlindəki telefonu qəfil avtomobilin yan hissəsinə çırpır.Belə bir hadisə ilə qarşılaşn sürücü yolun kənarında maşını saxladıqda isə həmin şəxslər yaxınlaşaraq telefonun sındığını və buna görə də ona pul ödənməli olduğunu bildiriblər. Sürücü həmin şəxslərə maşında olan təhlükəsizlik kamerasına baxmağı bildirəndə isə onlar avtobusa minərək ərazidən uzaqlaşıblar.Son vaxtlar sosial şəbəkələrdə bir çox sürücülər belə hadisə ilə qarşılaşdığını bildiriblər.Videogörüntü ilə tanış olan hüquqşunas Kamandar Hüseynov deyir ki, yolun kənarında dayanan şəxslərdən birinin əlindəki mobil telefonu məqsədli şəkildə maşına toxundurması açıq-aydın görünür. Belə vəziyyətdə isə həmin şəxsin həm cinayət, həm də mülki məsuliyyəti ortaya çıxır. Bu cür hal Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq halı kimi qiymətləndirilir.Belə vəziyyətdə isə həmin sürücü məhkəməyə müraciət etməlidir.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS

Son xəbərlər