Bakıda evakuator qaydanı belə pozdu (VİDEO)

Bakıda evakuator qaydanı belə pozdu (VİDEO)
Video
Hadisə 2726
Bakının “Memar Əcəmi” metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub. BAKU.WS-in məlumatına görə, yolun kənarında dayanan maşını cərimə meydançasına aparmaq istəyən evakuatorun sürücüsü özü də qaydalara əməl etməyib. Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istqamətində dayanaraq maşını yük hissəsinə qaldırmağa çalışır. Videonu BAKU.WS-ə göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər maşınlara yolun kənarında dayanmağa icazə verilir. Evakuator sürücüsünün bu hərəkəti yolda maşınların hərəkətinə də mane olur. BAKU.WS

Son xəbərlər