Bakıda evakuator avtomobili görün nə hala saldı - VİDEO
Bakıda evakuator dayanma-durma qaydasını pozan sürücünün avtomobilini apararkən nəqliyyat vasitəsinin alt hissəsindəki qoşqunu qoparıb.
Hadisə ötən gün baş verib. Sürücü avtomobilini yol kənarında saxlayıb mağazaya gedib. Dayanma-durma qaydasını pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin evakuatoru nəqliyyat vasitəsini cərimə meydançasına aparmaq istəyib. Lakin avtomobili evakuatorun yedəyinə alarkən qoşqu yeri zədələnib. Evakuatorun sürücüsü hadisə yerini dərhal tərk edib.
Ekspert Ərşad Hüseynovun sözlərinə görə, yol hərəkəti haqqında qanunun 85-ci maddəsində qeyd olunur ki, evakuasiya zamanı avtomobilə dəymiş ziyanı həmin qurum qarşılamalıdır. Yəni bu hadisəyə görə sürücü iddia qaldırıb dəymiş ziyanı Dövlət Yol Polisinə ödətdirə bilər.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin evakuator dərdi - 20 manat cibə, 20 manatı banka - VİDEO
Dayanma-durmanı pozan sürücülərin maşınları cərimə meydançasına aparılır. Sürücü buradan avtomobilini götürmək istəyəndə isə evakuatorun pulu ondan nağd şəkildə...