Sürücülərin evakuator dərdi - 20 manat cibə, 20 manatı banka - VİDEO
Dayanma-durmanı pozan sürücülərin maşınları cərimə meydançasına aparılır. Sürücü buradan avtomobilini götürmək istəyəndə isə evakuatorun pulu ondan nağd şəkildə istənilir.
Bəs digər cərimələr kimi bu cərimədə niyə bank yolu ilə yox, məhz nağd şəkildə həyata keçirilir? Yəni istənilən inzibati xətanın cəriməsini ödəmək üçün vətəndaşa möhlət verildiyi halda avtomobillər cərimə meydançasına aparıldıqda evakuator xərci sürücülərdən nağd tələb edilir. Doğrudur, qanunvericilik evakuator xərcinin yerində ödənilməsini qadağan etmir. Amma bunun birmənalı hökm formasında da qoymur.
Ekspert Ərşad Hüseynov deyir ki, sürücülər üçün problem yaradan bu yanaşma əslində hüquqi cəhətdən ziddiyyətlər var. Belə ki, istənilən cərimə ilə bağlı protokol tərtib edildikdən sonra sürücünün 10 gün ərzində etiraz etmək hüquq var. Tutaq ki, sürücü avtomobilini evakuator xərcini ödədikdən sonra tərtib olunan protokolla razılaşmadı və etirazı təmin olundu. Bəs belə olan halda onun ödədiyi pul necə qaytarılmalıdır. Bir çox hallarda heç sürücüyə həmin ödənişə görə qəbz də verilmir.
Ekpsertlərin fikrincə, bütün bu neqativ halların və ziddiyyətin aradan qaldırılması üçün bütün evakuasiya xərci də banklara ödənilməlidir.
BAKU.WS
Oxşar xəbərlər
Evakuator sürücüsü ilə vətəndaş arasında mübahisə (VİDEO)
Bakıda evakuator avtomobili düzgün parkinq etmədiyi üçün cərimə meydançasına aparıb. BAKU.WS-in məlumatına görə, bu hadisə ətrafdakı sakinlərdən birinin kəskin...