Polis rəisindən sürücülər üçün faydalı açıqlama
Son vaxtlar sürücülər bu problemlə tez-tez üzləşirlər. Ödənilməmiş cəriməsi olan sürücülər yol polisi tərəfindən saxlanılır və idarə etdiyi avtomobil cərimə meydançasına aparılır. Sürücünün isə sənədləri alınır. Sürücü banka gedib cəriməni ödəyəndən sonra sənədlərini və avtomobilini götürməyə qayıdır. Amma yol polisi ona bildirir ki, cərimənin ödənilməsi gecikdiyi üçün sürücülük hüququ məhdudlaşdırılacaq. Sürücülərin hamısı da sonradan bu və ya digər formada məsələni "sülh yolu" ilə həll edib sənədləri geri ala biliblər. BAKU.WS-in məlumatına görə, bununla bağlı avtosfer.az-ın sualını cavablandıran Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, məsələyə bu cür yanaşma doğru deyil. Əgər sürücülər belə hallarla üzləşirlərsə, o zaman Baş Dövlət Yol Polisi İdarəsinin 902 «qaynar xətt»inə zəng edib məlumat versinlər: «Əgər sürücü məhkəmə qərarı çıxmazdan əvvəl cərimə məbləğini və onun üzərinə gələn dəbbə pulunu ödəyibsə, onun sürücülük hüququ məhdudlaşdırıla bilməz. Cərimə ödənilibsə, təbii ki, saxlanılan nəqliyyat vasitəsi də cərimə meydançasından buraxılmalıdır. Avtomobilin saxlanılıb cərimə meydançasına aparılmasında başlıca məqsəd cərimənin ödənilməsini təmin etməkdir. Bunu edəndən sonra sürücülük hüququ məhdudlaşdırıla bilməz". BAKU.WS
Oxşar xəbərlər
Yol polisindən XƏBƏRDARLIQ
Sürücülərin avtomobillər arasında məsafə saxlamaması bəzən bədbəxt hadisələrə səbəb olur. Yağmurlu havalarda isə, xüsusən yüksək sürətli hərəkət olan yollarda a...