Yük maşınından oğurluq edən şəxs anbaan kameraya düşdü (VİDEO)

15
noy
2017
17:47
Abşeron rayonu Saray qəsəbəsində naməlum şəxs yol kənarında dayanan yük avtomobilindən oğurluq edib. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə nəzarət kamerasına anbaan düşüb. Yük avtomobilinin sürücüsü maşını yol kənarında saxlayaraq yolun əks tərəfinə keçir. Qapının açıq olmasını görən şəxs əvvəlcə ətrafa nəzər yetirir. Sürücünün uzaqlaşdığını görəndə maşında olan mobil telefonu götürür və ərazidən uzaqlaşır. Verilən məlumata görə, həmin şəxs eyni üsulla bir neçə avtomobildən oğurluq edib. Faktla əlaqədar araşdırmalara başlanılıb. BAKU.WS



Oxşar xəbərlər
Bakıda köşkdən siqaret oğurlayan şəxs kameraya düşüb - VİDEO
Bakıda köşkdən oğurluq edən şəxs təhlükəsizlik kamerasına düşüb. "Report" xəbər verir ki, hadisə Xətai rayonunda yerləşən köşklərdən birində qeydə alınıb. Belə...