Bakıda dollar ajiotajı: banklar dolları "qara bazar"a ötürür (VİDEO)
"Azərbaycanda əmanətlərin 80%-i dollarladır, amma sığortalanan valyutalar manatla qaytarılır. Əhali ona qaytarılan vəsaiti banklara gedərək dərhal dollara çevirir".
BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev "İqtisadi Forum" adlı verilişdə bildirib. Onun sözlərinə görə, banklar marja hesabına əhalinin pulunu konvertasiya edir və sonda vətəndaş manatı dollara çevirdiyi üçün vəsait itirir.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırovun suallarını cavablandıran ekspert bildirir ki, banklar əllərində olan dolları satmaqdan imtina edir və xarici valyutanı "qara bazar"a yönəldir.
S.Əliyev hesab edir ki, manata olan təzyiqləri azaltmaq üçün dollara alternativ maliyyə alətlərindən istifadə olunmalıdır. Bununla yanaşı, kapital bazarının inkişa etməməsi də manata olan təzyiqin artmasına gətirib çıxarır.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Devalvasiya qorxusuna görə əhali banklara axın edir, amma... - FOTO
Manatla olan pulunu dollara çevirmək istəyən paytaxt sakini "Turan Bank"a üz tutsa da bu, mümkün olmayıb. Daha doğrusu, pulunu yalnız bank tərəfindən müəyyən ol...