Azərbaycanda manat qəfil ucuzlaşacaq

Azərbaycanda manat qəfil ucuzlaşacaq
İqtisadiyyat 7532

 

Azərbaycanda dollara tələbat yenidən kəskin artmağa başlayıb. 

BAKU.WS-in məlumatına görə, bu gün Mərkəzi Bank kommersiya banklarının dollara olan tələbini yerinə yetirə bilməyib. Banklar hərracda 66 milyon 760 min ABŞ dolları istədikləri halda, Mərkəzi Bank onlara yalnız 30 milyon dollar sata bilib. Baş bank dollar tələbatının 50%-ini belə ödəməkdə çətinlik çəkir. 

İqtisadçı Samir Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, dövriyyədə manat qıtlığı olduğu üçün əhali pul tapıb dollar ala bilmirdi. İlin əvvəlindən yeni büdcədən ayrılan vəsaitlər dolayısı yolla dollar satışını artırıb: "Ölkədə pul kütləsi 2 dəfəyə qədər azalıb. Mərkəzi Bank dollar satışı həyata keçirəndə onu manatla əvəz edir. Ancaq bu manat indi iqtisadiyyata qayıtmalıdır. Milli valyuta iqtisadiyyata qayıtmadığı üçün banklar gedib hərracdan dollar ala bilmir. 

Dollara təlabat var, amma manat olmadığı üçün dollar satışı kəskin azalmışdı. Burada inzibati metodlardan istifadə edilirdi. İlin əvvəlindən büdcədən müəyyən bir vəsaitin dövriyyəyə buraxılması manat kütləsinin artmasına və dollara olan tələbatın artmasına gətirib çıxarıb. Bundan sonra da bu təlabat artacaq. İqtisadi aktivliyi artırmaq üçün dövriyyəyə manat buraxmaq qaçılmazdır. Dollara olan tələbat manata təzyiqləri artıracaq”. 

S.Əliyev bildirir ki, Mərkəzi Bank üzən məzənnəyə keçdikdən sonra USD/AZN məzənnəsi tələb təklif əsasında formalaşmalı idi. Ancaq baş bank daha çox inzibati metodlardan istifadə edərək məzənnənin kəskin dəyişməsinin qarşısını aldı: "Banklara dollar satışına görə qoyulan 4%-lik marja, hərracların keçirilməsi inzibati metodlardan bir neçəsidir. Mərkəzi Bank manatı süni şəkildə saxlayaraq dolları ucuzlaşdırır. Ancaq bu çıxış yolu deyil.

Dollara tələbat var və hesab edirəm ki, manat yaxın müddətdə yumşaq şəkildə bahalaşacaq. Mərkəzi Bank manatı sərt şəkildə ucuzlaşdırmamalıdır. Bu, ölkə iqtisadiyyatı üçün mənfi təsirlər göstərəcək. Baş bank valyuta ehtiyyatları nəzərə alaraq milli valyutamızı mərhələli şəkildə ucuzlaşdırmalıdır və yaxın müddətdə bunun şahidi ola bilərik”.

Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında da AMB-in məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi olmadığı deyilir. İcmalda qeyd olunur ki, Mərkəzi Bankın əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

“Mərkəzi Bank manata süni nəfəs verir”

“Mərkəzi Bank manata süni nəfəs verir”

"Pul bazasının azaldılması ölkədə iqtisadi aktivliyi zəiflədir, sahibkarlığın inkişafı üçün maliyyə resurslarını məhdudlaşdırır” "Yanvar ayında Mərkəzi Bankın...

2566 İqtisadiyyat 23:15 02 fevral 2016

Son xəbərlər