Dənizdə batdığı ehtimal olunan şəxs helikopterlərlə axtarılır - VİDEO
01
avq
2024
17:58
İyulun 30-da Bakı şəhərinin Xətai rayonunda dənizdə nəzarətsiz ərazidə batdığı ehtimal olunan 1972-ci il təvəllüdlü Hüseynov İsgəndər Yusif oğlunun axtarışları fasiləsiz olaraq davam etdirilir.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopterləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar aparılır.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda dənizdə batan hər 3 yeniyetmənin meyiti TAPILDI - YENİLƏNİB - FOTO/VİDEO
İyulun 11-də Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun cəsədi...