Jurnalistlər "İlin mətbuat xidməti"ni seçdi - SORĞU
12
dek
2018
15:54
Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də KİV əməkdaşlarının işinə yarayar.Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. Etiraf etməliyik ki, fəaliyyətsizliyi ilə jurnalistləri narazı salan mətbuat xidmətlərinin sayı az deyil.Lakin elə mətbuat xidmətləri də var ki, onlar jurnalistlərlə çalışmaqda maraqlıdır. Həmin mətbuat xidmətlərindən günün istənilən saatında istənilən məlumatı dəqiqləşdirmək mümkündür.Azərbaycan jurnalistləri 2018-ci ildə hansı dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətindən razı qalıb?BAKU.WS-in məlumatına görə, “open.az” ölkənin aparıcı KİV nümayəndələrinin bu haqda fikirlərini öyrənib.BAKU.WS saytının əməkdaşı Ziya Babayev deyib ki, bu il ötən dövrlərə nisbətən mətbuat nümayəndələri ilə əlaqə yaratmaq baxımından jurnalistlər üçün daha asan olub:“Mənim üçün də bu il yazı hazırlayarkən informasiya almağa çətinlik çəkmədiyim zaman kimi yadımda qalıb. Bununda əsas səbəbi, nazirlik, dövlət və özəl qurumlara işini bilən şəxslərin rəhbərlik etməsidir.Bu il jurnalistlərlə sıx əməkdaşlıq edən, jurnalistlərin dostu sayıla biləcək şəxslər sırasında birinci yerdə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova,Baş Prokurorluqdan Eldar Sultanov, Çingiz Əlizadə, Kənan Zeynalov, Daxili İşlər Nazirliyindən Ehsan Zahidov, Orxan Mansurzadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İradə İbrahimova və digər əməkdaşlar durur.Bundan başqa, Vergilər Nazirliyinin mətbuat xidmətiin rəhbəri Şahin Məmmədov, Bakı Metropolitenindən Bəxtiyar Məmmədov, Bakı Nəqliyyat Agentliyindən Mais Ağayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Anar Nəcəfli,İqtisadiyyat Nazirliyindən Abbas Əliyev, Vüsalə Quliyeva və digər əməkdaşlar da mənim üçün ən rahat əlaqə yarada biləcəyim şəxslərdir”.Ziya Babayev qeyd edib ki, Energetika Nazirliyindən Zəminə Əliyeva, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Nuridə Allahyarova,“Azərsu”ASC-dən Anar Cəbrayıllı, Kənd Təsərrüfatı Nazirliyindən Anar Hüseynov, Dövlət Gömrük Komitəsindən Şahin Rzayev, Natiq Axundov, Bulvar İdarəsi onun üçün daha rahat danışa bildiyi dostlarıdır:“Mən sadaladığım şəxsləri jurnalistlərin dostu sayıram. Bu siyahıya Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyevi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Vaqif Əsədovu da əlavə edirəm.Ola bilər birgə işlədiyim özəl və dövlət qurumlarının sözçülərinin adlarını unutmuşam. Düzdür mən idmanla bağlı yazı hazırlamıram. Lakin lazım olanda dəyərli həmkarımız, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova lazım olan köməkliyi həmişə göstərib.Müdafiə Nazirliyi isə hər il olduğu kimi bu il də ancaq rəsmi məlumatları yaymaqla kiffayətlənib.Daha operativ rəsmi xəbərləri isə Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev göndərir. Düzünü desəm 2018-ci ildə xəbər hazırlayarkən mənə çətinlik yaradan mətbuat katibi olmayıb. Əvvəllər Dövlət Miqrasiya Xidməti elə də aktiv olmayıb.Ora yeni təyin edilən Elnur Kələntərovun gələn ilki fəaliyyəti inanıram ki, bu qurumu jurnalistlərlə daha aktiv işləyən qurum edəcək”. Lakin 2018-ci ildə passiv fəaliyyəti ilə yadda qalan mətbuat nümayəndələri də olub.Onlar sırasında ən başda Bakı şəhər İcra Hakimiyyəti durur. Ümumiyyətlə rayon icra hakimiyyətləri mətbuata yer ayırmırlar. Çox təssüf ki, ən vacib qurumlardan olan Fövqəladə Hallar Nazirliyi 2018-ci ili mətbuat katibi olmadan başa vurur. Bu da nazirliyin mətbuata etinasız yanaşmasının göstəricisidir”."Trend" İnformasiya Agentliyinin əməkdaşı Samir Güləliyev bildirib ki, istər yola saldığımız 2018-ci ildə, istərsə də ondan əvvəl Baş Prokurorluğun mətbuat xidmətinin bütün əməkdaşları media ilə yüksək səviyyədə əməkdaşlıq edib:“Xidmət rəhbəri Eldar Sultanov başda olmaqla xidmətin əməkdaşları Kənan Zeynalov və Çingiz Əlizadə media ilə əməkdaşlığa səfərbər olublar. Xüsusi qeyd etmək istəyirəm ki, Kənan Zeynalov Baş Prokurorluqda işə başlayan gündən xidmətin fəaliyyətinə yeni ruh gəlib.Bu şəxslər istənilən media qurumu ilə normal əməkdaşlıq edir, jurnalistlərin sorğu və suallarını vaxtında və operativ cavablandırır. Bir sözlə, bu qurumun mətbuat xidmətində çalışanlar mətbuatla əməkdaşlıq etməklə medianın dostu adını qazanıblar.Tam səmimi deyə bilərəm ki, Baş Prokurorluğun mətbuat xidməti bəzi dövlət orqanlarının mətbuat xidmətlərinə nümunə sayıla bilər. Eldar Sultanov başda olmaqla xidmətin bütün əməkdaşları mətbuatla əməkdaşlığın yeni modelini ortaya qoymağı bacarıblar”.Samir Gülləliyev həmçinin qeyd edib ki, “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan Avtomobil Yolları ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov,Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də jurnalistlərə informasiya almaqda yardım edir, operativ əməkdaşlıqda maraqlıdırlar:“Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə yeni təyin olunan Elşad Hacıyev də jurnalistlərə lazım olan sualları operativ cavablandırır.Bu şəxs həmin vəzifəyə təyin olunandan sonra rəhbərlik etdiyi xidmətin media ilə əməkdaşlığında xüsusi dönüş yaradıb. Elşad Hacıyevə hər hansısa məsələ ilə bağlı müraciət edəndə dərhal məsələni araşdırır və operativ cavab verir”.“Report” İnformasiya Agentliyinin redaktoru Valeh Dadaşov qeyd edib ki, Bakıdan fərqli olaraq bölgələrdə fəaliyyət göstərən müxbirlərin çalışdıqları rayonlarda baş verən hadisə, təbii fəlakət və digər faktlarla bağlı məlumat əldə etmələri daha çətindir:“Hər hansı nazirlik, komitə və digər qurumlarla bağlı baş verən hər-hansı hadisə barədə məlumat əldə etməkdən ötrü ilk olaraq bölgə müxbirləri qurumun yerli şöbələrinə müraciət edirlər.Əksər hallarda yerli orqanlar bölgə müxbirlərinə məlumat vermirlər və ya məlumat verməkdən çəkinirlər. Belə olan halda isə bölgə müxbirini məlumat almaq üçün qurumun mətbuat xidmətinə yönləndirirlər.Nəticədə isə məlumat ya gecikir, ya da əhəmiyyətini itirir. Bildiyiniz kimi bu ildən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupları fəaliyyətə başlayıb.Bu da bölgələrdə fəaliyyət göstərən müxbirlərin hər hansı hadisə ilə bağlı məlumatları vaxtında və daha dəqiq əldə etmələri üçün əvəzolunmaz şərait yaradır. Bundan əvvəl isə bölgə müxbirləri yol qəzasında ölən və yarlananların adlarını öyrənməkdə belə çətinlik çəkirdi.İndi isə yol qəzaları, kriminal hadislər, nazirliyin yerli orqanlarına rəis və digər vəzifəli şəxslərin təyinatı ilə bağlı bütün məlumatları regional qrupların rəhbərlərindən asanlıqla əldə etmək mümkündür. Buna görə Ehsan Zahidova və Orxan Mansurzadəyə təşəkkür edirik”.V. Dadaşov jurnalistlərlə əməkdaşlıqda bir çoxlarına nümunə ola biləcək daha bir mətbuat xidməti rəhbərinin Baş Prokurorluğun sözçüsü Eldar Sultanov olduğunu deyib:“Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun və xidmətin digər əməkdaşı Kənan Zeynalovun telefonu paytaxtda və ya bölgələrdə fəaliyyət göstərməsindən asılı olmayaraq bütün jurnalistlərə açıqdır.Onlar jurnlaistlərə prokurorluğa aid istənilən hadisə ilə bağlı vaxtında və dəqiq məlumat verirlər. Güc strukturu olmasına baxmayaraq digər mətbuat xidmətlərinin rəhbərlərindən fərqli olaraq Eldar Sultanovla əlaqə yaratmaq daha asandır.Hətta bəzən elə olur ki, Eldar müəllimlə hər hansı hadisəni dəqiqləşdirməkdən ötrü özüm danışıram məlumatı ətraflı verəndən sonra deyir ki, sizdə bölgədə filan müxbir işləyir: - deyirəm bəli işləyir...Deyir: "Keçən dəfə mənə zəng etmişdi hadisə bağlı, ətraflı məlumat verdim". Bütün bunları nəzərə alaraq demək olar ki, bölgələrdə jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmək üçün dəstək olan yeganə qurum Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluqdur”.Valeh Dadaşov həmçinin bildirib ki, qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev də jurnalistlərə informasiya əldə etməkdə lazımı köməkliklər göstərir, quruma ünvanlanan sualları vaxtında və ətraflı cavablandırır:“Bölgə müxbirləri baş verən hər hansı hadisə, şikayət və məcburi köçkünlərin problemləri ilə bağlı istənilən suallara cavabları İbrahim Mirzəyevlə əlaqə saxlamaqla əldə edə bilirlər.Ola bilsin ki, digər nazirlik və qurumların mətbuat xidmətləri ilə Bakıda çalışan jurnalistlər daha tez münasibət qurur və məlumat əldə edə bilirlər lakin bu, bölgədəki jurnalistlər üçün asan deyil”.Mətbuat.az saytının əməkdaşı Günay Elşadqızı deyib ki, sayt olaraq bütün dövlət qurumları ilə yaxşı əlaqələri var: “Çalışdığım mətbuat xidmətlərindən razıyam.Fəaliyyətindən ən çox razı qaldıqlarım Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov, Şöbənin müdir müavini Vüqar Hüseynov, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov,Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev,Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Rövşən Cahangirov,Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev, şöbənin əməkdaşı Mehdi Məmmədov, Sona Tağıyeva,“ABAD”-ın Marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr departamentinin müdiri Turanə Qasımova, departamentin əməkdaşı Qəmər Qafarova, “Azəriqaz” İB-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova, Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri,“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov, Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva,Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zamirə Adilova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli,Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov, Təhsil Nazirliyinin mətbuat xidməti şöbəsinin əməkdaşı Billurə Hacızadə, Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı,Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Elnur Kələntərov, "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev,Dövlət Turizm Agentliyinin ictimai əlaqələr və mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova, Bakı şəhət Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov,Dövlət Gömrük Komitəsinin Akademiyasının mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev,“Baku-Bus”-ın mətbuat xidmətinin rəhbəri Qabil Babayev, Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli və s”.Günay Elşadqızı deyib ki,mətbuat xidmətinin fəaliyyətini bəyəndiyim bir çox universitetlər, təşkilatlar və Elmlər Akademiyasının institutları, teatrlar, müxtəlif özəl qurumlar, banklar da var ki, hamının adını çəksəm, siyahı çox böyük olacaq:“Eyni zamanda bu vəzifəyə yeni təyin olunan bir neçə tanıdığım insanlar da var ki, onların da mətbuatla yaxşı çalışacağına inanıram. Sonda onu da deyim ki, əslində bu cür soğruları sevmirəm, çünki çox həssas məsələdir, kimisə unuda bilərəm və bilirəm ki, inciklik yarana bilər.Hər bir halda, mətbuat xidməti olmaq çox böyük məsuliyyətdir, ümid edirəm ki, bu sahədə çalışan hər kəs öz məsuliyyətini dərk edər. Bu sahədə çalışanların çoxu əvvəl jurnalist olanlardır, bəziləri vəzifəyə təyin olunanda bunu unudur. Hər birinə uğurlar arzulayıram”.Cəbhə.info saytının müxbiri Hicranə İsmayılova deyib ki, gün ərzində müxtəlif informasiyalarla işlədiyindən, baş vermiş proseslərlə bağlı qurumların mətbuat katibləri ilə əlaqə qurmağa çalışır:“Bəzi mətbuat katibləri operativ olaraq zənglərimizə cavab versə də, bəziləri ya telefon zənglərini götürmür, ya da ümumi və qısa sözlərlə cavab verir. Cavab verənlər arasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, Səhiyyə Nazirliyindən Səfayə Məmmədova və Pərviz Abubəkirov,Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Anar Hüseynov, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti Bəxtiyar Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, eləcə də kommunal xidmətlərin mətbuat katiblərini və başqalarını qeyd etmək olar”.Hicranə İsmayılova deyib ki, cavab verməyənlər arasında Təhsil Nazirliyindən Cəsarət Valehov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova və s. var:“ İstənilən halda, hansısa qurumun mətbuat katibinin vəzifəsi medianın, jurnalistin suallarını operativ olaraq dinləmək və cavablandırmaqdır. Düşünürəm ki, zaman keçdikcə olan problemlər də aradan qalxacaq və mətbuat katibləri jurnalistlərə bu işdə kömək olacaqlar”.Publika.az saytının redaktoru Nizam Rza isə hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyindən Baş Prokurorluğun mətbuat xidmətini xüsusi qeyd edib: “Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla yanaşı xidmətin əməkdaşlarından Kənan Zeynalovun işindən çox razıyam.Həmçinin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məhsuldarlığı yeni regional nümayəndələr təyin edildikdən sonra xeyli artıb. Bundan başqa Fövqəladə Hallar Nazirliyinni saytının,Gömrük Komitəsinin isə sosial şəbəkə səhifələrinin aktivliyi məni qane edir. Digər sahələrə gəlincə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Təhsil Nazirliyi,İqtisadiyyat Nazirliyi və bir neçə digər qurum da jurnalistlərlə yaxşı, kifayət qədər operativ münasibətlər yaradıb. Narazı olduğum mətbuat xidməti isə Ədliyyə Nazirliyinin mətbuat xidmətidir.Uzun illərdir ki, bu idarə ilə normal əlaqə yaratmaq mümkün olmayıb. Jurnalistlər arasında ayrı-seçkilik edən xeyli mətbuat xidmətləri də var ki, onlar məlumatları verərkən bəzən obyektiv seçim etmirlər”.Oxu.az saytının əməkdaşı Etibar Məmmədov da 2018-ci ildə fəaliyyətindən razı qaldığı mətbuat xidmətlərinin adını çəkib: “Fəaliyyətindən razı qaldığım mətbuat xidməti rəhbərləri - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov,Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, ədliyyə polkovniki Mehman Sadıqov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbuddur.Çünki bu şəxslər mətbuatla sıx əməkdaşlıq edib, jurnalistləri maraqlandıran məsələlərə operativ və ətraflı aydınlıq gətiriblər”.Teleqraf.az saytının əməkdaşı Hacı Zeynalov bildirib ki, media ilə işləyən mətbuat xidmətləri arasında ilk olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun adını çəkə bilər:“Eldar Sultanov sorğularımıza operativ cavab verir. Bundan başqa penitensiar xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovun da adını çəkə bilərəm. Mehman sadıqov bizim həm yazılı,həm də şifahi sorğularımıza vaxtında cavab verir. Son dövrlərdə Daxili İşlər Nazirliyinin də mətbuat xidməti də yaxşı işləyir. Xüsusi ilə bu qrumda son vaxtlar edilən yenliliklər, mətbuat xidmətlərinin regionlarda şöbələrinin yaradılması bir daha sübut etdi ki, nazirlik media ilə işləməkdə maraqlıdır”.BAKU.WS
Oxşar xəbərlər
Jurnalistlər hansı qurumun mətbuat xidmətindən razıdır? – SİYAHI
İnternet media cəmiyyətin informasiya ehtiyacını ödəyən əsas informasiya mənbəyinə çevrilib. Artıq qəzetlər yerini onlayn mediaya verir. Onlayn media isə qəzetd...