Əlabbas Bağırova yeni vəzifə verildi

Əlabbas Bağırova yeni vəzifə verildi
Sosial 2486
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin sabiq rəhbəri Əlabbas Bağırov yeni vəzifəyə təyin olunub. BAKU.WS trend-ə istinadən xəbər verir ki, Ə.Bağırov Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edildiyini bildirib:"Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentində mətbuat xidməti şöbəsi olmayıb, sadəcə orada mətbuat xidmətinin rəhbəri ştatı olub və həmin ştat da 2009-cu ildə ləğv edilib. Mən həmin departamentdə mütəxəssis kimi işləmişəm, eyni zamanda mətbuat xidmətinin rəhbəri işini icra etmişəm. Orada heç bir şöbə bağlanmayıb və mən vəzifəmdən çıxarılmamışam. Sadəcə olaraq öz xahişimlə işdən azad olunmuşam və Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişəm".Xatırladaq ki, Ə.Bağırov həm də 15-dən artıq kitabın müəllifidir. Onun məqalələri Azərbaycanla yanaşı, İran, Türkiyə və Gürcüstanda çap olunub.BAKU.WS

Oxşar xəbərlər

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - RƏSMİ AÇIQLAMA

Eldar Əzizov 1-ci müavin vəzifəsinə aparılmayıb - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətiril...

9248 Siyasət 17:37 23 iyul 2018

Son xəbərlər