İki jurnalistə vəzifə verildi

İki jurnalistə vəzifə verildi
Sosial 1595
Jurnalistlər Günay Yelmarqızı və Elnur Kələntərova dövlət qurumunda vəzifə verilib. BAKU.WS-in məlumatına görə, bu haqda ASAN-ın mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev sosial şəbəkədə yazıb.Günay Yelmarqızı Dənizkənarı Bulvar İdarəsinin, Elnur Kələntərov isə Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.Qeyd edək ki, G. Yelmarqızı 2002-ci ildən televziya və radio sahəsində çalışır. Fəaliyyəti müddətində AzTV, ATV, Lider TV-də müxtəlif vəzifələrdə işləyib. Bir müddət Lider Televiziyasının ABŞ-dakı xüsusi müxbiri vəzifəsində çalışıb. E. Kələntərov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dövlət Miqrasiya Xidmətinə yeni sözçü təyin edilib

Dövlət Miqrasiya Xidmətinə yeni sözçü təyin edilib

Dövlət Miqrasiya Xidmətində (DMX) növbəti kadr dəyişikliyi olub.BAKU.WS "report"a istinadən xəbər verir ki, DMX-nın İctimaiyyətlə əlaqələr idarəsi rəisinin müav...

1553 Hadisə 16:16 29 oktyabr 2018

Son xəbərlər